Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyada İran qüvvələrinə hücum olacağı təqdirdə ABŞ-ı sərt cavabla hədələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti “Financial Times”-a istinadən yazır.
Onun sözlərinə görə, indiyədək ABŞ-ın Suriyadakı hərbi bazalarına hücumları nəticəsində İran silahlı qüvvələrinin bir zabiti belə xəsarət almayıb.
Abdollhayan əlavə edib ki, ABŞ hərbi dəniz donanmalarının Fələstin və İsrail sahillərinə gəlməsi ilə Vaşinqton öz döyüş gəmilərinin “əhəmiyyətli ziyana” məruz qalma ehtimalını artırır.
Xatırladaq ki, bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani, Tehranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlarla heç bir əlaqəsi olmadığını bildirmişdi.
Yeri gəlmişkən, oktyabrda ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdəki ABŞ qüvvələrinə təhlükənin İran tərəfdarlarından gəldiyini, lakin Vaşinqtonun buna hazır olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB