Rusiya vətəndaşlığı və dövlətdən ödənişlər Rusiya tərəfinə keçməyə hazır olan Ukrayna silahlı qüvvələrinin bütün əsgərlərinə verilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu News.ru-ya müsahibəsində Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini, “Rodina” partiyasının sədri Aleksey Juravlev deyib.
“Əgər ukraynalılar bizim tərəfdə döyüşmək istəyini ifadə ediblərsə, dərhal vətəndaşlıq almalıdırlar. Əksinə, onları bu işə həvəsləndirmək lazımdır”, - deyə deputat qeyd edib.
Juravlevin sözlərinə görə, belə əsgərlər sosial müavinət və hərbi maaş almaq hüququna malikdirlər. Onlar başa düşməlidirlər ki, vətənə qayıdıblar - deyə deputat əlavə edib. Bununla belə, o, Rusiya Federasiyasına qaçan ukraynalılar arasında müharibə cinayətkarlarının olub-olmadığını araşdırmaq lazım olduğunu da vurğulayıb.
Qeyd edək ki, Juravlev bu bəyanatı ukraynalı pilotun Rusiya tərəfinə keçməsi ilə bağlı yayılan xəbərlər fonunda verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB