Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb

Finlandiyada Rusiya ilə sərhəddə müvəqqəti hasarların tikintisinə başlanır. Silahlı qüvvələr də sərhədçilərə tikintidə yardım edirlər.

“Yle” xəbər verir ki, bunu Vartius sərhəd-keçid məntəqəsinin rəisi, kapitan Couko Kinnunen deyib.

Vartius sərhəd-keçid məntəqəsində müvəqqəti hasarın tikintisinə başlanılıb.

“Şlaqbaumların bilavasitə yaxınlığında mühafizə tikililəri, yəni dövlət sərhədində müvəqqəti maneələr tikilir. Bu tədbir sərhəd-keçid məntəqəsinin fəaliyyətini təmin etmək üçündür”, - Kinnunen bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə 4 keçid məntəqəsini bağlamaq qərarına gəlib. Qeyd edək ki, bu, sığınacaq istəyən qaçqınların çoxluğu ilə izah edilib.

Sonradan məlum oldu ki, Finlandiya Rusiya ilə sərhədi tamamilə bağlaya bilər. Daxili İşlər Nazirliyi bununla bağlı müvafiq qanun layihəsi hazırlayır. Finlandiyada sığınacaq axtaranların sayı kəskin artarsa, bu, ehtiyat tədbir kimi xidmət etməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə