Ərdoğan Əbdülfəttah əl-Burhan ilə telefonla danışıb

Ərdoğan Əbdülfəttah əl-Burhan ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Sudanın Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan ilə telefonla danışıb.

SİA xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin sosial media hesabında edilən paylaşıma görə, İsrailin hücumlarının davam etdiyi Qəzzada son vəziyyət və fələstinlilərə humanitar yardımın çatdırılması səyləri müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İslam dünyasına aid bütün məsələlərdə birliyin əldə olunmasının vacibliyini, İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyad Zirvə Toplantısında qəbul edilən qərarların həyata keçirilməsinin daşıdığı əhəmiyyəti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə