Bu qış Ukrayna Silahlı Qüvvələrinin prioritet vəzifələrindən biri rusların logistik marşrutlarını kəsməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fityo noyabrın 19-da “Rada” kanalı tərəfindən YouTube-da yayımlanan milli telemarafonun efirində danışıb.
...Bizim əsas vəzifəmiz indi baş verən hər şeyin Ukrayna Silahlı Qüvvələrinə kömək etməsini və əksinə, Rusiya işğalçılarına zərər gətirməsini təmin etməkdir. Təbii ki, biz onların logistik marşrutlarını və təchizatını dayandırmağa çalışacağıq. Belə ki, bu onların ac qalmasına, soyuqdan döyüşmək həvəsinin aradan qalmasına hesablanıb.
Bunu deyən Fityo, Rusiya pilotsuz təyyarələrinin Ukrayna ordusu üçün hələ də ciddi təhlükə olduğunu da etiraf edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB