...HƏMAS İsrailin cənubunda keçirilən Nova musiqi festivalından xəbərsiz olublar və amma sonradan onun iştirakçılarına kortəbii hücum etmək qərarına gəliblər?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Haaretz” qəzeti İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, dronlar və deltplanlar vasitəsilə festivalla bağlı məlumat alan yaraqlılar, bundan sonra tədbir keçirilən əraziyə əlavə qüvvələr göndəriblər.
Ümumilikdə polis həmin gün ən azı 364 nəfərin öldürüldüyünü bildirir.
Qeyd edək ki, festibal iştirakçılarının bəzilərinin faciəvi qəza nəticəsində öldüyü də istisna edilmir. Maraqlıdır ki, bunu İsrail tərəfi də istisna etmir.
Bundan əlavə, HƏMAS yaraqlılarına atəş açan İsrail helikopteri yaxınlıqda olan festival iştirakçılarını da vura biləcəyi gündəmdədir.
...Amma İsrail Müdafiə Qüvvələri belə bir hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB