Bu gün 900-ə yaxın yaralı Qəzza zolağından çıxarılaraq Misir və Türkiyəyə aparılacaq

Bu gün 900-ə yaxın yaralı Qəzza zolağından çıxarılaraq Misir və Türkiyəyə aparılacaq

Noyabrın 19-da təxminən 900-dək yaralı lazımi tibbi yardım göstərilməsi üçün Qəzza zolağından çıxarılacaq. SİA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, anklavdan təxliyə edilənlər əvvəlcə Misirə aparılacaq, sonra Türkiyəyə göndəriləcək və orada müalicə olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə