Kolumbiya sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Kolumbiya sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Kolumbiya sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 86,7 min insanın yaşadığı Tumako şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə