Bu gün, noyabrın 18-də axşam saatlarında Rusiya Federasiyasının Belqorod vilayətinin Valuyki şəhərindəki hərbi hospitalda yanğın baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın müstəqil TG kanalı “Rossiya 24/7” yayıb.
“Belqorod vilayətindəki hərbi hospitalda partlayış baş verib. Yanğın Valuykidə başlayıb. Səlahiyyətlilər hələlik yanğınla bağlı məlumat verməyiblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bəzi kanallar da yanğının naqillərin nasaz olması səbəbindən baş verdiyini yazır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB