Bayden Qəzza zolağına rəhbərlik etməyə layiq olanların adını çəkib
...Qəzza zolağı və İordan çayının qərb sahili gələcəkdə yenilənmiş Fələstin Milli Administrasiyası tərəfindən idarə olunacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Cozef Bayden deyib.
Bundan əlavə, Ağ Ev rəhbəri hesab edir ki, HƏMAS mövcud olduğu müddətdə Qəzzada sülhə nail olmaq mümkün olmayacaq.
İsrailin baş naziri Benyamin Netenyahunun sözlərinə görə, Mahmud Abbasın rəhbərlik etdiyi indiki Fələstin Muxtariyyəti hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzzanın rəhbərliyində iştirak edə bilməyəcək.
Xatırladaq ki, Bundan əvvəl Amerika administrasiyası Qəzzanın işğalının qeyri-mümkün olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB