Noyabrın 17-də axşam Çeçenistan rəhbəri Ramzan Kadırov Qəzza zolağının sakinləri üçün humanitar yardımın üçüncü partiyasının göndərilməsi barədə məlumat verib. Fövqəladə Hallar Nazirliyinin təyyarəsi yenidən Qroznıdan havaya qalxıb - bu dəfə Kadırov onu Qroznıda məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edən ikinci qızı Xədicatın müşayiəti ilə yola salıb.
“Vladimir Putinin tapşırığı və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə yüklərin Misirin Əl-Ariş hava limanına çatdırılması üçün “İl-76” təyyarəsi ayrılıb”.
SİA-nın əldə etdiyi məlumata görə, buna Rusiya Fövqəladə Hallar Nazirliyi aydınlıq gətirib.
Ramzan Kadırov qeyd edib ki, Qəzza zolağı üçün 30 ton humanitar yardım Axmat Kadırov Fondunun vəsaiti ilə alınıb. Onun sözlərinə görə, bu məqsədlər üçün 129 milyon rubl ayrılıb.
Deyilənlərə görə, Çeçenistan rəhbəri ikinci qızı Xədicatın müşayiəti ilə yükün göndərildiyi Qroznı hava limanına gəlib. O, respublikanın bütün rayon təhsil şöbələrinin yardım toplanmasına qoşulduğunu bildirib.
Yeri gəlmişkən, bu, Kadırovun övladlarının Fələstinə yardım aksiyalarında ilk iştirakları deyil. Belə ki, bundan əvvəl Çeçenistan rəhbərinin 18 yaşlı oğlu Axmat Kadırovun regional “Birinci Hərəkat” təşkilatının sədri kimi Qroznıdan yükü müşayiət edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB