Ukraynanın heç vaxt Rusiya qədər əsgəri olmayacaq...

Təyyarələr Ukraynadakı müharibənin gedişatını dəyişməyəcək
Ukraynanın heç vaxt Rusiya qədər əsgəri olmayacaq...

...Ukrayna ordusunun indi istənilən silaha ehtiyacı var, lakin başa düşmək lazımdır ki, təkcə təyyarələr müharibənin gedişatını dəyişməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna xəbər verir ki, bu bəyanatla Estoniyanın müdafiə naziri Hanno Pevkur çıxış edib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hazırda ukraynalı müdafiəçilərin hansı silahlara ehtiyacı olduğunu qiymətləndirməlidir.

...Ümumiyyətlə, Ukrayna Silahlı Qüvvələrinə istənilən silah lazımdır. Onlara ilk növbədə uzaq mənzilli döyüş, müxtəlif növ raket sistemləri üçün döyüş sursatları və s. lazımdır. Təyyarələr də vacibdir, lakin təkcə təyyarələr müharibənin gedişini dəyişməyəcək. Sonda sizə əraziyə nəzarət edən və onu azad edən ordu lazımdır, çünki yalnız təyyarələrlə ərazini geri ala bilməyəcəksiniz.

Bunu Estoniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Bu gün yalnız 50 ölkə Rusiya ilə müharibə üçün Ukraynanı silahla təmin etməyə razıdır.

“...Belə görünür ki, bütün planetin 20 faizi demokratik dünyanın dəyərləri uğrunda mübarizə aparır” deyən Pevkur, bu münaqişədə hələ də mövqe tutmayan bir çox ölkə olduğunu xatırladıb.

Yeri gəlmişkən, Estoniyanın müdafiə naziri əminliklə, bu gün əsas məsələnin müttəfiqlərin Ukraynaya nə qədər silah verə biləcəyi və Kiyevin nə qədər qəbul edə biləcəyindən aslıdır. Onun sözlərinə görə, Ukraynanın heç vaxt Rusiya qədər əsgəri olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə