Trampın hakimiyyətə gəlməsi Ukraynaya yardıma son qoyacaq?

Trampın hakimiyyətə gəlməsi Ukraynaya yardıma son qoyacaq?

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il seçkiləri nəticəsində prezidentliyə qayıdışı Ukrayna Silahlı Qüvvələrinin təchizatına mənfi təsir göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Express” yayıb.

Qeyd edək ki, Yenidən seçiləcəyi təqdirdə Şərqi Avropada mövcud hərbi münaqişəni hələ inauqurasiyadan əvvəl həll edəcəyini bildirən Trampın sözlərini xatırladılıb. Bunun üçün o, amerikalı vergi ödəyicilərindən Ukrayna rəhbərliyinə “sonsuz pul axını”nı dayandırmaq niyyətindədir.

...Nəşrin yazdığına görə, Kiyev artıq Trampın gələn il ştatlarda hakimiyyətə gəlməsi ehtimalından ciddi şəkildə narahatdır. Bunu RİA Novosti yazıb.

Öz növbəsində, Amerikanın hazırkı prezidenti Cozef Bayden Nümayəndələr Palatasının təsdiq etdiyi, İsrail və Ukraynaya əlavə yardım nəzərdə tutmayan hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini imzalamağa hazır olduğunu açıqlayıb.

Bununla belə, Rusiya xüsusi əməliyyatı başlayandan bəri dövlətlər Kiyevə dəstək üçün ayrılan bütün vəsaitin 96 faizini artıq xərcləyiblər.

“...Vaşinqton hələ də kimi dəstəkləyəcək və bu, seçki yarışına necə təsir edəcək?”

Təbii ki, sual olaraq qalır?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə