Ukrayna partizanları yüksək vəzifəli məmurların maşınlarını partladıblar
“Luqansk Xalq Respublikası”nda məsul şəxslərin getdiyi avtomobil partladılıb. SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, noyabrın 16-da axşam saatlarında Kremennaya keçid məntəqələrindən birində “Luqansk Xalq Respublikası” Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vladimir Paxolenkonun idarə etdiyi “Patriot” markalı UAZ markalı avtomobil yanıb.
Verilən məlumatlara görə, “Daxili İşlər Nazirliyinin “Luqansk Xalq Respublikası” üzrə müavini vəzifəsini icra edən, polis polkovnik-leytenantı Oleq Şumilov da Paxolenko ilə eyni maşında olub.
ASTRA-nın məlumatına görə, ağır yara alan hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara qəlpə yaraları diaqnozu qoyulub.
Hazırda yoxlama aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB