Rusiya təhlükəsizlik qüvvələri Balaşixadakı məsciddə reyd keçirib

Rusiya təhlükəsizlik qüvvələri Balaşixadakı məsciddə reyd keçirib

...Balaşixada Rusiya təhlükəsizlik qüvvələri məscidədə reyd keçiriblər. SİA-nın əldə etdiyi məlumata görə, noyabrın 17-də ənənəvi cümə namazı zamanı silahlı və naməlum hüquq-mühafizə orqanlarının əməkdaşları məscidi mühasirəyə alıblar.

Məscidə gələnlər ibadət edənlərin sənədlərini yoxlayıb, bəzilərini isə xüsusi avtobusla hərbi komissarlığa aparıblar.

Qeyd edək ki, məsciddə reyd keçirənlərdən “siz kimsiniz?” sualına onlar “Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Prokurorluq”, - cavabını veriblər.

Məscidin imamı polisin basqını təsdiqləyərək dindarların sorğu-sual edildiyini və bəzi hallarda onlara xidmət təklif edildiyini iddia edib. O, ona müqavilə əsasında xidmətin təklif edildiyini, yoxsa çağırış kampaniyasının bir hissəsi olduğunu açıqlamayıb. İbadət evinə gələn avtobus şübhə doğursa da, imam saxlanılanların orada aparılıb-aparılmadığını deyə bilməyib.

Yeri gəlmişkən, bu, Moskva vilayətində həyata keçirilən ilk belə reyd deyil. Noyabrın 15-də Reutovda millətçi gənclər hərəkatları təhlükəsizlik qüvvələri ilə birlikdə bazarda və Reutov manufaktura fabrikində miqrantlara qarşı reyd keçirib. Sənədləri yoxlanılıb, bəzilərini saxlayıb avtobuslara mindiriblər. Saxlanılanların sayı və həbsdən sonra onların yeri məlum deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə