Bakalçuk "ilk evlilik, uşaq sonra karyera" anlayışını tənqid etdi
...Geyim, ayaqqabı, elektronika, uşaq malları, məişət əşyaları və digər mallar üçün bazar olan “Wildberries”in təsisçisi və baş direktoru Tatyana Bakalçuk, əvvəlcə dünyaya bir neçə uşaq gətirmək, bundan sonra təhsil almaq və ya karyera qurmaq fikrinə mənfi münasibət bəslədiyini bildirib
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın ən varlı qadınına görə (“Forbes”-a görə 8,8 milyard dollar sərvəti var) qızın evlənmək, uşaq sahibi olmaq və ailəsinin qayğısına qalmaq istəyi yalnız bəyənilə bilər, lakin ona stereotiplər tətbiq edilməməli və ya zorla ərə verilməməlidir.
Bakalçuk qeyd edib ki, gənc qadın ilk növbədə ailə və karyeranı necə birləşdirə biləcəyini başa düşməlidir.
Sahibkar etiraf edib ki, “Mən üç qızıma ayaq üstə durana kimi ərə getməyi tövsiyə etməyəcəyəm”.
Bakalçuka görə müasir platforma iqtisadiyyatı qadınlara ailə və karyera arasında seçim etməmək imkanı verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB