Rusiya PUA-larla Odessaya hücum edib

Rusiya PUA-larla Odessaya hücum edib

Rusiya gecə saatlarında “Şahed” tipli pilotsuz uçan aparatları (PUA) ilə Ukraynanın Odessa vilayətində enerji infrastrukturunu vurub.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna ordusu “Cənub” əməliyyat Komandanlığından verilən bəyanatda Rusiya ordusunun “Şahed” tipli PUA-larla gecə saatlarında Ukraynanın cənub bölgələrinə hücum etdiyi bildirilib.

Bəyanatda Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Nikolayev bölgəsində 6, Xerson və Odessa bölgələrində isə bir PUA-nın məhv edildiyi, Odessa vilayətində enerji infrastrukturu obyektinin qeyd edilib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın gecə saatlarında ölkənin müxtəlif bölgələrində PUA-larla hücumlar təşkil etdiyi bildirilib.

Ümumilikdə 38 Rusiyaya məxsus PUA-nın müəyyən edildiyi bildirilən açıqlamada Ukrayna ordusunun hava hücumundan müdafiə döyüşü nəticəsində 29 PUA-nın məhv edildiyi vurğulanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da administrasiyanın sosial media hesabındakı paylaşımında Rusiyanın gecə saatlarında PUA-larla Kiyevə hücum etdiyini qeyd edib.

Rusiya PUA-larının cənubdan buraxıldığını və təxminən 1000 kilometr məsafə qət etdiyini iddia edən Popko Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən Kiyev yaxınlığında 10-a yaxın PUA-nın vurulduğunu bildirib.

Popko bildirib ki, ilkin məlumatlara görə, hücumda can itkisi və dağıntı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə