Ukraynalı pilot Rusiyaya uçub...

Ukrayna Hərbi Hava Qüvvələrinin fəal pilotu Rusiyaya uçub. Əslində bunu qaçıb da yazmaq olar? Bu barədə “Voevoda” çağırış nişanlı “Ka-52” helikopterinin pilotu öz Telegram kanalında məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Budur, bizim oğlan yanımızdadır” yazan “Voevoda” Rusiyaya uçan pilotun yüksək rütbəli zabit və hazırda uçuş komandiri olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ukraynalı dəniz piyadası Nikolay Yaqornitski Telegram botunun köməyi ilə necə təslim olduğunu danışmışdı.

“RİA Novosti” xəbər verir ki, həmin şəxs ünvanı bütün döyüş əməliyyatları zamanı səpələnmiş vərəqələrdən birində tapıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə