Zelenski ruslara qarşı sanksiyalarla bağlı fərmanlar imzalayıb

Zelenski ruslara qarşı sanksiyalarla bağlı fərmanlar imzalayıb

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının ruslara qarşı yeni sanksiyalarla bağlı qərarlarını qüvvəyə mindirən iki fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, fərmanlara 108 fiziki şəxs və 37 şirkətin, əksəriyyəti müxtəlif xeyriyyə fondlarının daxil olduğu üç siyahı əlavə olunur.

Şəxsi sanksiyalar siyahısına, xüsusən LPR rəhbəri Leonid Paseçnik, Krım Respublikasının rəhbəri Sergey Aksenov, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Birlik dövlətinin dövlət katibi Dmitri Mezentsev daxildir. Yeni sanksiyalara məruz qalanların əksəriyyəti əvvəllər Ukraynanın əvvəlki sanksiyalar siyahısında yer alıblar.

Qeyd edək ki, sanksiyalar 5 və 10 il müddətinə tətbiq edilib və xüsusilə aktivlərin müsadirəsi, bloklanması, özəlləşdirmədə iştirakın qadağan edilməsini eləcə də aktivlərin Ukrayna ərazisindən çıxarılmasını nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə