Bu arada “Taliban” hökumətinin Qida və Dərman Administrasiyasının rəhbəri Əbdül Bari Ömər Köln məscidində çıxış edib. Orada o, toplaşan əfqanlara hökumətin uğurları və onlara nail olmaq üçün xarici maliyyə yardımına ehtiyac olmadığı barədə danışdı. O, həmçinin mətbuatda Əfqanıstanla bağlı materiallara tənqidi yanaşmağı tövsiyə edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi “Taliban” nümayəndəsinin Kölndəki çıxışını “X” sosial şəbəkəsində pisləyib.
Nazirlik bəyan edib ki, viza idarələrinin heç biri terror təşkilatının nümayəndəsinə viza verə bilməz.
“...Bizə səfər barədə məlumat verilməyib. Biz “Taliban”ı tanımırıq. Nə qədər ki, Əfqanıstanda “Taliban” insan hüquqlarını, xüsusilə qadın və qızların hüquqlarını açıq şəkildə pozur, “Taliban” rejimi ilə münasibətlərin normallaşması olmayacaq”.
Qeyd etdiyimiz kimi, bunu Almaniya Xarici İşlər Nazirliyi bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB