Ağ Evdə kimin birinci olacağı bizi qətiyyən maraqlandırmır...

Ağ Evdə kimin birinci olacağı bizi qətiyyən maraqlandırmır...

Bu arada rus təbliğatçısı Marqarita Simonyan Rusiya lideri Vladimir Putinin Ukrayna ilə “atəşkəs”ə nə vaxt gedəcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, erməni əsilli jurnalist Kremlin əsas tezislərini sadalayıb ki, nə vaxt və hansı şəraitdə sülh bağlayacağına Rusiyanın özü qərar verəcək.

Bu kontekstdə o, ABŞ prezidentinin 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə Rusiyanın “hərbi kursunu” dəyişə biləcəyini şərh edib.

Onun dediyinə görə, Putini güzəştlər ona görə maraqlandırmır ki, ABŞ-da hakimiyyətə Tramp gələcək, ya Vasya Pupkin, ya da Roman Babayan...

Bunun qətiyyən heç bir əlaqəsi yoxdur! Məsələ bundadır ki, Putin heç bir güzəştə getməyəcək!

Bunu deyən Simonyan Putinin yalnız Rusiya sərhədlərinin təhlükəsizliyini təmin etdiyi zaman “atəşkəs”ə hazır olacağını bildirib.

Və bu sərhədlərin harada bitəcəyinə də Rusiya özü qərar verəcək.

Maraqlıdır ki, Simonyan burada bir “nöqtə” sözünü də işlədib.

Onun dediyinə görə, hazırda Ağ Evdə kimin birinci olacağı bizi qətiyyən maraqlandırmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə