Ermənistanda təqsirləndirilən şəxs hökmü eşidən kimi məhkəmə zalından qaçıb
Ermənistanın paytaxtı İrəvanda 38 yaşlı kişi hökmü dinlədikdən dərhal sonra məhkəmə zalından qaçıb. Bu barədə SİA Ermənistan KİV-inə istinadən xəbər verir.
Bildirilib ki, o, qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı qurğular əldə etmək, satmaq, saxlamaq, daşımaqda ittiham olunub.
Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin Maştots polis idarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB