Filippində baş verən zəlzələ nəticəsində azı 6 nəfər ölüb

Filippində baş verən zəlzələ nəticəsində azı 6 nəfər ölüb

Cümə günü Filippin sahillərində baş verən zəlzələdə azı 6 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə yerli Təbii Fəlakət İdarəsinin rəsmilərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 60 kilometr cənubda yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə