Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Beynəlxalq ictimaiyyəti Qəzzada dərhal atəşkəs elan etmək və humanitar yardım göstərmək üçün hərəkətə keçməyə çağırdığını deyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Əminə Ərdoğan sosial media platformasındakı paylaşımında bu sözləri deyib: "Dünyanın bütün bölgələrindən liderlərin həyat yoldaşları və ölkə təmsilçiləri olaraq İstanbulda "Fələstin üçün Tək Ürək Liderlərin Yoldaşları Zirvəsi” münasibəti ilə səsimizi birləşdirdik. Beynəlxalq ictimaiyyəti Qəzzada dərhal atəşkəs elan etmək və humanitar yardım göstərmək üçün hərəkətə keçməyə çağırırıq. Hər bir vicdanlı insanı bu qlobal çağırışı dəstəkləməyə dəvət edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB