Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Özbəkistan Silahlı Qüvvələrinə məxsus "Mi-8" helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində helikopter heyətinin həlak olduğu bildirilib. Hazırda xüsusi komissiya hadisənin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə