Norveç "F-35"-ləri Rusiya təyyarələrinin qarşısını alıb...

Norveç "F-35"-ləri Rusiya təyyarələrinin qarşısını alıb...

Norveç bir qrup rus qırıcı və bombardmançısının qarşısını almaq üçün “F-35” qırıcılarını havaya qaldırmağa məcbur olub. Bundan sonra Rusiya təyyarələri geri dönüblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, Norveç “F-35”-ləri Alyansın hava məkanı yaxınlığında Rusiya gəmilərinin uçuşuna cavab olaraq ölkənin Nordland qraflığındakı Evenes kommunasından havaya qalxıb.

“Norveç beşinci nəsil qırıcıları iki “Tu-160” bombardmançı, iki “MiQ-31” və iki “İl-78”-i müşahidə ediblər. Və bundan sonra “F-35”-lər havaya qaldırılıb.

Rusiya təyyarələri “F-35”-i gördükdən qısa müddət sonra Rusiyaya qayıdıblar”.

Məlumatda belə bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə