Trüdo Çini qeyri-demokratik ölkə kimi təsvir edir...

Trüdo Çini qeyri-demokratik ölkə kimi təsvir edir...

Bu arada Kanadanın baş naziri Castin Trüdo Çin prezidenti Si Cinpini diktator adlandırmaqdan çəkinsə də, lakin Çinin demokratik bir ölkə olmadığına diqqət çəkib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə jurnalistlərə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin tədbirlərində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.

“...Çin təkpartiyalı dövlətdir. Düşünmürəm ki, kimsə buna demokratiya deyə bilər”, - deyə Trüdo Si Cinpini diktator adlandırıb-söyləyə bilməyəcəyi sualına cavab verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə