...Estoniya Narva (Estoniya) və İvanqorod (Rusiya) şəhərlərini birləşdirən körpüdə “əjdaha dişləri” quraşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “delfi.ee” portalı xəbər verir.
...Narva sərhəd-keçid məntəqəsinin rəisi Marek Liivin sözlərinə görə, hasar Estoniya hökumətinin qonşularından nümunə götürərək Rusiya Federasiyasından ölkəyə girişi məhdudlaşdırmaq qərarına gəldiyi üçün quraşdırılıb.
...Bu, qeyri-qanuni miqrant dalğasını cilovlamaq üçün lazımdır. Həmçinin, fevralın 1-dən İvanqorod sərhəd-keçid məntəqəsinin təmirə bağlanacağını gözlədiyimiz üçün bu beton bloklar bağlanma müddətində körpüdə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıracaq.
Qeyd edək ki, bu yaxınlarda Finlandiya qanunsuz miqrant axını ilə əlaqədar Rusiya Federasiyası ərazisindən girişi əngəlləməyə başlayıb. Belə ki, Finlandiya sərhəd xidməti Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələri səbəbindən velosiped sürən insanların ölkəyə girişinə qadağa qoyub.
Bu gün isə Finlandiya Rusiya ilə sərhədini bağlamaq qərarına gəlib. Noyabrın 18-dən cümə günündən şənbə gününə keçən gecə buraxılış məntəqələri bağlı olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB