Rusiya Ədliyyə Nazirliyi cümə günü aktrisa Yana Troyanovanı qondarma xarici agent elan edib. Verilən xəbərlərə görə, müsahibələrində o, dəfələrlə Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əlavə, reyestr jurnalist, “Provereno.Media” saytının yaradıcısı, İlya Ber, “Nojlejka” və “Meşədən keç” layihələrinin koordinatoru Qriqori Sverdlin və Praqada yaşayan politoloq Aleksandr Morozov da xarici agent siyahısına salınıb.
Maraqlıdır ki, reyestrə salınanlar arasında jurnalist Marat Nikandrov da var. O da maraqlıdır ki, jurnalist özü idarədən onun agent kimi tanımasını xahiş edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB