Rusiya prezidenti Vladimir Putin, Rusiyanın BMT və YUNESKO-dan çıxmasına ehtiyac olmadığını bildirib.
...Hesab edirəm ki, belə bir ehtiyac yoxdur. Nə üçün? Bu, insanların bir-biri ilə ünsiyyət qurduğu və işlədiyi bir platformadır. YUNESKO xətti ilə də kifayət qədər ciddi layihələr həyata keçiririk. Mən buna ehtiyac görmürəm.
SİA-nın əldə etdiyi məlumata görə, Putin Sankt-Peterburqda keçirilən mədəniyyət forumunda Rusiyanın YUNESKO-dan çıxma ehtimalından danışarkən deyib.
Qeyd edək ki, Rusiya prezidenti bəzilərinin BMT-də çıxmaq təklifini də cəfəngiyyat adlandırıb.
Onu da qeyd edək ki, Vladimir Putin II Dünya Müharibəsindən sonra yaradılan beynəlxalq təşkilatların əksəriyyətinin dəyişikliklər tələb etdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB