Bu dəfə Tverdə terror aktının qarşısı alınıb

Bu dəfə Tverdə terror aktının qarşısı alınıb

Tverdə hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün terror aktının qarşısını alıblar.

SİA-nın SHOT Telegram kanalından əldə etdiyi məlumata görə, xüsusi xidmət orqanları Krasinski körpüsünün altında əldəqayırma partlayıcı qurğu aşkarlayıb və onu zərərsizləşdiriblər.

Telekanalın məlumatına görə, noyabrın 17-də səhər saatlarında Zavoljski rayonunda keçid dayaqlarının altında şübhəli qutu tapılıb.

SHOT-un verdiyi məlumata görə, cihazdan çıxan naqillər və yuxarıya bərkidilmiş taymer geriyə doğru sayırdı. Kanalın müəllifləri əlavə ediblər ki, tapıntı yerindəcə aradan qaldırılıb, Cihazdan qalan hər şey ekspertiza üçün ekspertlər tərəfindən aparılıb. SHOT əlavə edib ki, cihazın içərisində altı çubuq plastik material, həmçinin boltlar və qaykalar şəklində vurucu elementlər, həm də elektron cihaz olub.

Xatırladaq ki, bundan əvvəl Leninqrad vilayətində Yaroslavl-Primorsk neft kəmərində partlayışın qarşısı alınıb. Belə ki, naməlum şəxslər orada əldəqayırma partlayıcı qurğu quraşdırmışdılar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə