Ukraynadakı müharibəyə qlobal diqqət azalır

Qəzzadakı müharibə səbəbindən...
Ukraynadakı müharibəyə qlobal diqqət azalır

...Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza zolağında başlayan müharibə Rusiyanın Ukraynadakı müharibəsinə beynəlxalq diqqəti kəskin şəkildə azaldıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, CNN bu barədə media analitiklərinin məlumatlarını təhlil etdikdən sonra yazır.

...“GDELT” analitik layihəsinin hesabatı göstərir ki, oktyabrın 7-dən əvvəl ABŞ və Avropa İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS üzvləri İsrailə hücum edəndə CNN-in özündə Ukrayna ilə bağlı hər gün yayılan xəbərlər təxminən bütün xəbərlərin 8 faizini təşkil edirdisə, bu gün bu göstərici 1 faizdən də aşağı düşüb.

Eyni zamanda, diqqət müharibə aparan ölkədən alınan məlumatdan ABŞ, NATO eləcə də Avropanın Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə nə dərəcədə hazır olması ilə bağlı müzakirələrə keçib.

Qeyd edək ki, oxşar məlumatları adi sosial şəbəkə istifadəçiləri arasında müzakirələri izləyən başqa bir internet analiz şirkəti “ComScore” də təqdim edib.

Maraqlıdır ki, orada da İsraillə HƏMAS arasında münaqişə başlayandan sonra Ukrayna ilə bağlı yazıların və müzakirələrin sayı kəskin şəkildə azalıb.

O da maraqlıdır ki, Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı, əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsində çalışmış Pol Kolbenə görə, bu vəziyyət Rusiya prezidenti Vladimir Putin üçün faydalıdır.

Çünki ictimaiyyətin diqqətini Yaxın Şərq problemlərinə yönəldir və bu da Rusiyaya Ukrayna şəhərlərinə və mülki hədəflərə hücumları davam etdirməyə imkan verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə