Rəcəb Tayyib Ərdoğan Almaniyaya işgüzar səfər edib

Rəcəb Tayyib Ərdoğan Almaniyaya işgüzar səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində səfərdədir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanı Berlinin Brandenburq hava limanında Almaniya rəsmiləri və Türkiyənin Almaniyadakı səfiri Əhməd Başar Şen qarşılayıb.
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüş keçirəcək və heyətlər arasında baş tutacaq görüşlərə sədrlik edəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə