Rusiya Ədliyyə Nazirliyi “beynəlxalq LGBT hərəkatını” qadağan edir...

Rusiya Ədliyyə Nazirliyi “beynəlxalq LGBT hərəkatını” qadağan edir...

Rusiya Ədliyyə Nazirliyi “beynəlxalq LGBT hərəkatının” ekstremist kimi tanınmasını və ölkədə fəaliyyətinin qadağan edilməsini tələb edərək Ali Məhkəməyə iddia qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, iddia üzrə məhkəmə iclası noyabrın 30-na təyin edilib.

İddia ərizəsində qeyd olunur ki, “Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən LGBT hərəkatının fəaliyyətində müxtəlif ekstremist yönümlü əlamətlər və təzahürlər, o cümlədən sosial və dini nifrətin qızışdırılması müəyyən edilib”.

Qeyd edək ki, “Beynəlxalq LGBT hərəkatı” anlayışına tam olaraq nəyin daxil olduğu göstərilməyib.

Və yeri gəlmişkən, bu,.. təşkilat deyil, sosial fenomendir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə