Finlandiya hakimiyyəti Rusiya ilə ikitərəfli münasibətləri pozmaq yolunu tutub, Moskva bundan təəssüflənir və hesab edir ki, bu, böyük səhvdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
...Belə olan halda Finlandiya hakimiyyətinin ikitərəfli münasibətləri pozmaq yolu tutmasından yalnız dərin təəssüf hissi ifadə etmək olar. Bizim qarşıdurma üçün heç bir səbəbimiz yox idi. İndi onlar bu yolu seçiblər. Bizim nöqteyi-nəzərimizdən bu, böyük səhvdir.
Qeyd edək ki, Peskov Rusiya-Finlandiya sərhədində Finlandiya keçidlərinin bağlanması mövzusunu şərh edib. Mətbuat katibi xatırladıb ki, Rusiya yaxın tarixdə heç vaxt Finlandiyanın varlığını və müstəqilliyini təhdid etməyib, yalnız qarşılıqlı faydalı əlaqələr qurmağa çalışıb.
Xatırladaq ki, Finlandiya noyabrın 18-də gecə yarısı Rusiya ilə sərhəddə keçid məntəqələrində maneələr quracaq.
Belə ki, Skandinaviya ölkəsinin hakimiyyət orqanları şərq sərhədindən qaçqın axınına cavab olaraq doqquz nəzarət-buraxılış məntəqəsindən dördünü bağlamaq qərarına gəlib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB