...Ermənistan gələn il fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olacaq.
...2023-cü il noyabrın 14-də Ermənistan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya sənədini rəsmi olaraq saxlanca təhvil verib. Ermənistan üçün nizamnamə 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu Beynəlxalq Cinayət Məhkəməsinin bəyanatında deyilir.
“İnterfaks” qeyd edir ki, Ermənistan Nizamnaməyə qoşulan 124-cü, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq.
Xatırladaq ki, Ermənistan Milli Assambleyası oktyabrın əvvəlində 60 lehinə səslə Roma Statutunu ratifikasiya edib.
Səsvermədə 22 deputat əleyhinə çıxsa da amma bitərəf qalan olmamışdı.
Oktyabrın 13-də respublika prezidenti Vaaqn Xaçaturyan onun ratifikasiyası haqqında qanunu imzalayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə