...İsveçrənin Ukraynadakı hərbi əməliyyatlarına görə Rusiyaya qarşı tribunal çağıran ölkələrə qoşulmaq qərarı ölkənin neytrallığının keçmişdə qaldığını göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Berndəki səfirliyinin saytında dərc olunmuş yazıda deyilir.
“...Biz bu addımı İsveçrənin neytrallığının tarixin bir hissəsinə çevrildiyinin növbəti təsdiqi kimi qiymətləndiririk”.
Bu da həmin bəyanatdandır.
Qeyd edək ki, rusiyalı diplomatlar bunu “qərəzli yanaşma” və siyasi vəziyyətdən asılı olaraq öz prinsiplərini asanlıqla idarə edən xüsusi diplomatiya hesab edirlər.
Xatırladaq ki, cümə axşamı, noyabrın 16-da İsveçrə Rusiyanı Ukraynadakı hərəkətlərinə görə təqib etmək üçün Haaqada xüsusi tribunal yaradılmasını tələb edən ölkələrə qoşulduğunu bəyan edib.
Onu da xatırladaq ki, sentyabr ayında İsveçrə Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı Avropa Birliyinin İrana qarşı yeni sanksiyalarına qoşulub.
Amma məlum olduğu kimi, Moskva həmişə olduğu kimi, bu dəfə də İrandan pilotsuz təyyarə tədarükünü rədd edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB