Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev, Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınmasına başlandığını və ayın sonunda iki gəminin Somali və Burkina-Fasoya çatacağını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən daşımaların başladığına diqqət çəkən Patruşev bunları deyib: "Hər biri 25 min tonluq ilk iki gəmi Somali və Burkina-Faso istiqamətində Rusiya limanlarını tərk edib. Noyabrın sonu, dekabr ayının əvvəli onların təyinat yerinə çatmasını gözləyirik".
Patruşev qeyd edib ki, taxılın ilin sonuna kimi Mali, Mərkəzi Afrika Respublikası və Eritreyaya daşımalara başlanılacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini bildirmişdi.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB