Suriya ordusunun İdlib vilayətinin Belyun kəndində həyata keçirdiyi hücumda 3 dinc sakin yaralanıb. SİA xarici mənbələrə istinadən bildirir ki, İdlibin cənubundakı Kafrenbil rayonunda yerləşən Bəşər Əsəd rejimi qüvvələri və İranın dəstəklədiyi xarici terrorçu qruplar İdlibin cənubundakı Balyun kəndinə qurudan-quruya silahlarla hücum edib. Yaralılar ətrafdakı xəstəxanaya aparılıb.
Qeyd edək ki, 2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB