Lukaşenkoya görün nə hədiyyə edildi

Lukaşenkoya görün nə hədiyyə edildi

Qomelə işgüzar səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenkoya qumbaraatan hədiyyə edilib. SİA xəbər verir ki, bu barədə “ Pul First ” Telegram kanalı məlumat yayıb.

Belarus lideri şəhərə 1868-ci artilleriya silah bazasını ziyarət etmək üçün gəlib. Lukaşenkonun silah arsenalını artırmaq üçün respublika rəhbərinə odlu silahlar, o cümlədən qumbaraatan hədiyyə edilib.

Mənbənin məlumatına görə, səfər zamanı Belarus prezidenti emalatxanaya və silah saxlama yerlərinə də baş çəkib. Ona silahlı texnikanın vəziyyəti və tank əleyhinə qumbaraatanların yerləşdiyi yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə