Bəşər Əsəd ölkədə ümumi amnistiya elan edib

Bəşər Əsəd ölkədə ümumi amnistiya elan edib

Bəşər Əsəd 2023-cü il noyabrın 16-dan əvvəl törədilmiş cinayətlərə görə ümumi amnistiya nəzərdə tutan fərman verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fərmanda bəzi cinayətlərə görə cəzanın ümumi müddətinə, bəzi cinayətlərə görə isə cəzanın bir hissəsinə amnistiya nəzərdə tutulub.

Əsədin imzaladığı fərmanla ölüm hökmləri ömürlük həbslə əvəzlənəcək. Fərmanda müharibə səbəbindən ölkəni tərk edənlərin Suriyaya qayıtması da öz əksini tapıb.

Qeyd edək ki, Əsəd daha əvvəl Suriyadan qaçanların geri qayıtması üçün ümumi amnistiyaya qərar vermişdi.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə