İstanbulda yanğın baş verib

İstanbulun Esenyurt şəhərində kimyəvi maddələr olan fabrikin anbarında naməlum səbəbdən yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanan fabrikdə partlayışlar olarkən bir çox yanğınsöndürmə briqadası hər tərəfdən yanğına müdaxilə etməyə davam edir.

Yanğın saat 06:00 radələrində Esenyurt Kıraç Osmanqazi məhəlləsində, Sevgi küçəsində yerləşən birmərtəbəli anbarda baş verib. Əldə edilən məlumata görə, içərisində əyləc spreyi kimi kimyəvi maddələrin olduğu anbar alovlara bürünərkən partlayış səsləri eşidilib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə