İncidiyi üçün şirkəti qarət etdi - QƏRİBƏ HADİSƏ

İncidiyi üçün şirkəti qarət etdi - QƏRİBƏ HADİSƏ

Hindistanda "Flipkart" e-ticarət şirkətindən işçi qovulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən işçi ofisi qarət edib.

Belə ki, Sumit adlı şəxs oktyabr ayında işdən çıxarılıb. O, bundan inciyən keçmiş işçi dostları ilə birlikdə şirkətin ofisini qarət edib. Onlar oyuncaq silah və balta ilə silahlanaraq binaya daxil olublar. İşçiləri hədələyən oğrular ofisdən 2,1 milyon rupi (38 400 AZN) götürüblər.

Lakin oğurluqda şübhəli bilinən Sumit və şərikləri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə