Rusiyada yuxarı təbəqələrdəki müəmmalı ölümlərlərin arxasında kim dayanır?
Russayağı məhvetmə..?

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri yüksək vəzifəli məmurlar və Kremlə yaxın insanlar arasında da müəmmalı ölümlərin sayı artıb.

Ruslar zaman-zaman belə özünütəmizləmə əməliyyatları həyata keçirirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “Kanal 24”-ə pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki və hərbi analitik Roman Svitan deyib.

O, 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun keçmiş komandirinin qəfil ölümünə nəyin səbəb ola biləcəyini yoxlamağı təklif edib.

Beləliklə, noyabrın 15-də 68 yaşlı aviasiya general-leytenantı Vladimir Sviridov və onun 72 yaşlı arvadı Tatyananın meyiti Stavropol diyarının Adjiyevski kəndindəki evində tapılıb.

Rusiya mətbuatının yazdığına görə, hərbçi və həyat yoldaşı bir həftə əvvəl dünyasını dəyişiblər.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnikinin sözlərinə görə, Rusiyada arzuolunmazların və ya müəyyən tapşırıqların öhdəsindən gələ bilməyənlərin məhv edilməsi ehtimalını istisna etmək olmaz.

Deyilənlərə görə, meyitlərin üzərində zorakılıqla ölüm əlamətləri aşkar edilməyib. Cütlüyün evində zərərli maddələrin konsentrasiya səviyyəsi də yoxlanılıb. Ancaq bütün göstəricilər normaldır. Bu o deməkdir ki, ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Əslində ehtiyatda olan polkovnik bu günkü Rusiyada yuxarı təbəqələrdəki müəmmalı ölümlərlərin arxasında kimin dayandığını da gizlətmir, amma...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə