2023-cü ildə Sankt-Peterburqdan rekord sayda miqrant çıxarılıb

2023-cü ildə Sankt-Peterburqdan rekord sayda miqrant çıxarılıb

2023-cü ildə Sankt-Peterburqdan yeddi min yarımdan çox miqrant deportasiya edilib.

SİA RBC-yə istinadən xəbər verir ki, bu, şəhəri bu göstərici üzrə “rekordçu” edib.

İddia olunur ki, 7,6 mindən çox əcnəbi müxtəlif cinayət və hüquqpozmalara görə ölkədən, cəmi 200 nəfər isə ölkədə qalmaq üçün “hüquqi əsasların olmamasına” görə xaric ediliblər.

Eyni zamanda, 2023-cü ildə ölkədən çıxarılma statistikası ötən ilin göstəricilərindən 38 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə Sankt-Peterburqdan 5,5 min miqrant qovulmuşdu.

Rusiya hakimiyyəti polis rəhbərliyinin əcnəbiləri kobud qanun pozuntularına və ya cinayətlərə görə ölkədən qovmaq üçün “prinsipial mövqeyi”nə istinad edir.

Yeri gəlmişkən son bir neçə ayda Rusiya hökumətinin nümayəndələri miqrantlara qarşı dəfələrlə düşmənçilik ritorikasını ifadə ediblər.

Gərək ki, yadınızda olar, Patriarx Kirill oktyabr ayında Moskva Dövlət Pedaqoji Universitetində tələbələrlə görüşdə ucuz işçi qüvvəsinin artması fonunda insanın “ölkəni itirə biləcəyini” və miqrant axınının Rusiya kimliyini təhdid etdiyini söyləmişdi.

Qeyd edək ki, bu gün Rusiya şəhərlərində də mütəmadi olaraq miqrantlara qarşı kütləvi reydlər keçirilir və əgər onların Rusiya vətəndaşlığı varsa, o dəqiqə hərbi qeydiyyata alınırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə