Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi hava reydi nəticəsində PKK qruplaşmasının ən az 13 silahlısı məhv edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial media hesabında məlumat dərc olunub.
“İraqın şımalında həyata keçirilən hava əməliyyatı nəticəsində 13 terrorçu zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Türkiyə PKK terror qruplaşması ilə 1987-ci ildən bəri mübarizə aparır. Terrorçulara qarşı əməliyyatlar həm ölkə daxilində, həm də qonşu İraq və Suriya ərazisində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB