Myanmada güclü zəlzələ baş verib

Myanmada güclü zəlzələ baş verib

Myanmanın şərqindəki Şan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. SİA xarici mənbələrə istinadən bildirir ki, ABŞ Geoloji Xidməti 5,7 bal gücündə zəlzələnin episentrinin Şan əyalətinin Kenq Tunq şəhərindən 76 kilometr cənub-şərqdə olduğunu bildirib.

İlkin məlumata görə, 10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Tayland mətbuatı zəlzələnin ölkədə də hiss edildiyini qeyd edib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə