Metroda silahlı insident baş verib

Metroda silahlı insident baş verib

Moskva metrosunda silahlı insident baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə günün səhər saatlarında metronun "Ryazanski prospekt" stansiyasında törədilib.

Belə ki, sərnişinlərdən biri ov tüfəngini çıxararaq atəş açmağa başlayıb. Lakin o, həmin an saxlanılıb.

Bildirək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə