Avstriya Prezidentinin əlini it dişlədi - FOTO

Avstriya Prezidentinin əlini it dişlədi - FOTO

Avstriya Prezidenti Aleksandr van der Bellen Moldovaya səfər edib. SİA Moldova televiziyasına istinadən xəbər verir ki, onun moldovalı həmkarı Maya Sandu ilə görüşü zamanı maraqlı anlar yaşanıb.

Avstriyalı siyasətçi həmkarının itini sığallamaq istəyərkən heyvan onun əlini dişləyib

Sandu iti sakitləşdirib və qonağından üzr istəyib. Avstriya Prezidenti növbəti görüşlərdə bintlə sarılmış əllə görüntülənib.

Bütün xəbərlər Facebook səhifəmizdə