Rusiya bunu cavabsız qoymayacaq..?

Finlandiyanın Rusiya ilə sərhəddəki dörd keçid məntəqəsini bağlamaq qərarı narahatlıq doğurmaya bilməz; Moskva bununla bağlı əks tədbirlər görəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti Rusiyanın Helsinkidəki səfirliyinin mesajına istinadən xəbər verir.

“Biz Finlandiya Xarici İşlər Nazirliyindən bu qərarın icrasının praktiki aspektləri ilə bağlı açıqlama gözləyirik. Rusiya tərəfinin cavab tədbirləri, o cümlədən bu məlumat əsasında işlənəcək”, - məlumatda deyilir.

Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətindən agentliyə bildiriblər ki, hazırda Şimal-Qərb Gömrük İdarəsinin fəaliyyət göstərdiyi regionda Rusiya və Finlandiya sərhədində keçid məntəqələri adi rejimdə işləyir və nəqliyyatın hərəkətində azalma yoxdur.

Xatırladaq ki, cümə axşamı Finlandiya hakimiyyəti ölkənin cənub-şərqində Rusiya ilə dörd sərhəd keçidini bağlamaq qərarına gələrək, Rusiya hakimiyyətinin Avropa İttifaqında qaçqın statusu almaq üçün üçüncü ölkələrdən gələn qeyri-qanuni miqrantların sərhədlərə çatmasına kömək etdiyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə